Qoca ağac/Şiringül Musayeva

     Ayların , illərin , bəlkə  də, əsrlərin  kandarında  durmusan ,qoca   ağac ...Bilmək  olmur,  illər  səndən  o  yanda  qalıb,  yoxsa  bu  yanda.Kötüklərin  çalın- çarpaz  ilmələr  kimidir ,torpağın  sinəsinə  naxış  vurmusan, elə  bil.
      Qəribədir , ağac  nəyə  bənzəyərmiş;- səni  uzun-uzun  illər  yaşayıb  saç-  saqqal  ağartmış  qoca  bir  loğmana  bənzədirəm ;səni   qırçın –qırçın  tumanının  ətəkləri  yerlə  sürünən,beli  azca  bükülmüş  nənəmə  bənzədirəm; səni  neçə- neçə  sınaqlara  sinə  gərmiş,  döyüşdən- vuruşdan  qalib  çıxmış qos-qoca  bir  pəhləvana  bənzədirəm.
       Səni  özü  üçün  bir  dünya  qurmuş, dünyanın  işləklərin  seyr  etdikcə qəribləşmiş,  tənhalaşmış,  öz  sirli və  tənha  dünyasına  çəkilmiş    qoca  bir  şairə  bənzədirəm.
Davamı →

Fransız nağılı

Biri var idi, biri yox idi bir balaca milçək var idi. O, böyük alma ağacının dibində, kiflənmiş almanın içində öz ailəsi ilə birlikdə yaşayırdı. Balaca milçək heç vaxt yuvasından uzağa çıxmamışdı.  Çünki o, ailəsinin yanında xoşbəxt idi. Demək olar ki, bu alma ağacının yanından heç vaxt kimsə keçməmişdi. Amma ola bilsin, nə vaxtsa başları işləməyə bərk qarışmış iki və ya üç qarışqa milçək ailəsini salamlamışdı.

Bir gözəl yay günündə, balaca milçək çürümüş almanın başında günəşin altında yayxanaraq mavi səmada buludların yavaş-yavaş hərəkət etməsinə baxırdı. Və birdən, şap! Şup! Balaca milçək nəsə eşitdiyinə inandı.

Şap! Şup! Bu çox gözəl bir kəpənək idi. Bütün ömrü boyu balaca milçək belə kəpənək görməmişdi. Kəpənəkdə bütün rənglər var idi, qanadları son dərəcə böyük və qızılı rəngdə idi. Üzərinə qırmızı, firuzəyi və bənövşəyi rəngdə nöqtələr səpələnmişdi. Hər qanadının ortasında parlaq yaşıl və qara rəngli çevrələr var idi. Balaca milçək gözlərinə inana bilmirdi. Gördüyü varlıq o qədər gözəl idi ki! O, heç vaxt fikirləşmirdi ki, qanadların da rəngi ola bilər. Elə bilirdi, uçan bütün canlıların qanadı onun öz qanadı kimi balaca, nazik və şəffafdır.


Ardı →

Filin dostuluğu

Zambiyanın Launqa çayı sahilində qoruqda belə bir hadisə (1983-cü il) olmuşdur.

Qoruğun mərkəzinə idarə binasının qarşısına bir fil gəlir və bərkdən qışqırır. Fili qovurlar. Ertəsi gün maşın gedərkən həmin fil onun yolunu kəsir, maşına göstərdiyi istiqamətə getməyini işarə edir. Sürücü maşını filin təkid etdiyi istiqamətə sürür. Bir qədər getdikdən sonra kolluqda fil sürüsünə rast gəlirlər. Fillər maşını görən kimi dağılışırlar. Bir dişi fil balaları ilə birlikdə getmir. Sən demə o güllə ilə yaralanıbmış. Yoldaşları onların köməyinə gəlib və insandan kömək istəyiblər. Bioloqlar üç gün filə xidmət edib onun yarasını sağaltmışlar. Sağalıb meşəyə buraxılmış fil öz balaları ilə birlikdə qoruyucu idarəsinin qarşısına gəlib öz minnətdarlığını bildirmişdir.


Davamı →

Qodiva

Qodiva
Əfsanələrə görə, gözəl Qodiva qraf Leofrikin xanımı idi. Qraflığın bütün sakinlər vergilərin çox olmasında əziyyət çəkirdilər və qrafın xanımı Qodiva dəfələrlə öz həyat yoldaşından vergiləri azaltmasını xahiş edirdi. Bir gün bayramlar zamanı qraf hədsiz dərəcədə çox içir və içkili vəziyyətdə bu sözləri işlədir: "Əgər yoldaşım Qodiva qraflığın küçələrini atın belində çılpaq şəkildə keçsə, onda mən bütün vergiləri azaldacağam".
Ardı →

Həqiqət acı olsa da...

      Bir əfsanəyə görə, həqiqət çox çirkin olur, amma onu anlayanlar çox gözəl olduğunu söyləyirlər. Hər şeyin həqiqi olması, onun özü üçün dəyişməz olan vücudunun gözəlliyidir. Hər cismin də dəyişməz bir həqiqəti var, yəni gördüyümüz kimidir, o vaxta qədər ki, bir insan tərəfindən dəyişdirilməsin… 

      Bəs haqqı danan, dilinə düz söz gəlməyən insanları necə, dəyişmək olarmı?


Ardı →

Müdrik və tələbə

Qədimlərdə, hansı şəhərdəsə, ağ saçlı, müdrik bir alim yaşayırmış. Alim biliyini, gücünü, ağlını fərasətli tələbəsindən əsirgəmir, onu oxudurmuş. Günlərin birində, necə olursa, məmləkətin padşahının o qocaman alimə qəzəbi tutur, əmr verir ki, onu şəhərin meydanında daş-qalaq eləsinlər. Əmrə görə bütün şəhər əhli ona bir daş atmalı imiş. Kim atmasaymış, dar ağacından asılacaqmış.

Can şirindir, yetən o qoca alimə bir daş atır. Alim dinmir, haray-həşir qoparmır.

Gözünün biri çıxır, o məğrurluqla susur. Başı yarılır, cınqırını da çıxarmır. Bu ara onun otuz il dərs dediyi tələbə gəlir, Padşah öz taxtından, müəllim isə daş-kəsək arasından ona baxır. Tələbə odla su arasında qalır… Vursun, necə vursun, axı onun sevimli müəllimidir. Vurmasın necə vurmasın, padşah o saat dar ağacından asdıracaqdı. O, çox fikirləşir, axır naəlac qalıb əyilir, yerdən bir qum dənəsi götürüb, yavaşca öz müəlliminə sarı atır. Bu dəm bayaqdan məğrur-məğrur susan o müdrik qoca dəhşətlə elə qışqırır ki, padşah taxtında, adamlar, isə meydanda sarsılırlar. Hamı təəcüb eləyir; nə oldu ki, o belə qışqırdı? Padşah əlini qaldırır, meydana sükut çökür.


Ardı →